Şirkət bu məqsədlə 1.000 mühəndisdən ibarət Ar-Ge komandası qurub və prosessor layihəsini ayrıca bir şirkət formasında davam etdirir. Bu addım ABŞ-nin Çin şirkətlərinə qarşı tətbiq etdiyi ixrac məhdudiyyətlərinə qarşı qabaqlayıcı tədbir kimi qiymətləndirilir.

Layihəyə rəhbərlik edən şəxsin əvvəllər Qualcomm şirkətində yüksək vəzifə tutduğu bildirilir. Mart ayında “Xring” çipinin prototipi test edilib və bu prototipin yekun məhsula çox yaxın olduğu vurğulanır