Ç

inin “Shenzhou-16” kosmik gəmisi sayəsində Yer orbitində insanların sayına görə yeni rekord qeydə alınıb. Hazırda orbitdə 17 nəfər var: onlardan 6-sı Çin, 3-ü Rusiya, 5-i ABŞ, 2-si Səudiyyə Ərəbistanı, 1-i isə BƏƏ vətəndaşıdır. Orbitdəki insanların sayına görə əvvəlki rekord 2021-ci il sentyabrın 16-da qeydə alınmışdı. Həmin vaxt orbitdə eyni vaxtda 14 nəfər var idi. “Long March 2F” raketi Pekin vaxtı ilə səhər saat 9:31-də Çinin şimalındakı “Jiuquan” kosmik bazasından “Shenzhou-16” missiyası üçün buraxılıb. Təxminən 10 dəqiqə sonra kosmik gəmi raketdən ayrılaraq orbitə daxil olub. Ekspedisiya üzvləri iyulun əvvəlində Yerə qayıdacaqlar.

Chinese mission with first civilian reaches space station | Tech News

“Apple”dan yeni musiqi tətbiqi. Apple Music Classical

Apple Music Classical Now Available for Pre-Order on the App Store,  Launches Later This Month - MacRumors

“Apple Music Classical” tətbiqi iPhone-lardan sonra, Android cihazlarına gəlib. Rəsmi tətbiq hələ də iPad və MacBook-larda yoxdur. Sözügedən tətbiq “Apple Music”dən fərqlidir və adından göründüyü kimi özündə klassik musiqiləri ehtiva edir. Mənbələrdə deyilir ki, bu tətbiqi yükləməklə ən yaxşı klassik əsərlərə, təkmilləşdirilmiş axtarış sistemi ilə 700-dən çox seçilmiş pleylistdən ibarət zəngin klassik musiqi kataloquna çıxış əldə olunacaq.

Yaponiya kosmosdan günəş enerjisi almaq üçün işlərə başlayıb

An artist's depiction of solar arrays wirelessly beaming power to Earth.

“JAXA” alimləri 2015-ci ildə elektrik çaydanını işə salmaq üçün bəs edəcək 1,8 kVt enerjini yarada bilmişdilər və sözügedən missiya da birbaşa bununla bağlıdır. Kyoto Universitetinin professoru Naoki Shinohara-nın rəhbərlik etdiyi və 2009-cu ildən başlanan layihə bir sıra kiçik peykləri orbitə yerləşdirməyi hədəfləyir. Sonra isə massivlər tərəfindən toplanan günəş enerjisi yüzlərlə mil uzaqlıqdakı qəbuledici stansiyalara göndəriləcək. Bütün bunlara isə şirkət 7 milyard dollardan çox pul xərcləməlidir.

Batareya ömrünü ikiqat artıran güclü çipset - Dimensity 9300

MediaTek Dimensity 9300 flaqman prosessoru ARM-in yeni nüvələrini əldə  edəcək | Technote.az

“MediaTek” dünən flaqman telefonlar üçün istehsal olunacaq “Dimensity 9300” prosessorundan bəhs edib. Yeni Cortex-X4Cortex-A720 CPU nüvələrinin Mali-G720 GPU ilə birlikdə istifadə ediləcəyi diqqətdən yayınmayıb. Cortex-A520 kiçik CPU nüvəsindən isə bəhs olunmayıb. Bildirək ki, 4 böyük Cortex-X CPU nüvəsinin istifadəsi ciddi məsələdir. Çünki indiyədək “MediaTek”, “Qualcomm” və “Samsung” kimi qabaqcıl prosessor markaları həddindən artıq qızma problemi səbəbindən yalnız 1 Cortex-X nüvəsindən istifadə ediblər. “Dimensity” isə kifayət qədər iddialı görünür.

“Apple”ın pulsuz iCloud xidməti “My Photo Stream” daha olmayacaq

Apple to shut down My Photo Stream in July, here's what to do

Apple “My Photo Stream”i bağlayır. Şirkət bildirib ki, “My Photo Stream”də saxlanılan fayllar avqustun 25-dək əlçatan olacaq. Şəkillər və videolar cihazdan silinməsə də, buluddan silinəcək və sinxronizasiya mümkün olmayacaq. Bir sözlə, iyulun 26-dan etibarən “My Photo Stream”ə yeni fayllar yüklənə bilməyəcək. İstifadəçilərə isə “iCloud Photos” tövsiyə olunub.

“Twitter”in dəyəri düşür. Elon Musk zərərdədir.

Elon Musk is bringing reality to the liberal Fantasyland of Twitter

“Twitter”in Elon Musk tərəfindən alınması ötən ilin ən böyük hadisələrindən biri idi. İndi də deyilir ki, platformanı 44 milyard dollara alan məşhur milyarder son aylarda böyük itki verə-verə gedir. Bəlli olub ki, “Twitter” manevrindən sonra cəmi 1 ay ərzində platforma dəyərinin 56 %-ni itirib. Bunlara baxmayaraq, məşhur milyarder “Everything App” üçün dayaq sayılacaq “Twitter”in gələcəkdə çox sərfəli bir investisiyaya çevriləcəyinə inanır. 44 milyard dollar ödənişin “Twitter” üçün xeyli yüksək olmasından isə, görünür ki, hələ çox danışılacaq.

Apple “watchOS 9.5.1”i yayımladı. Yeniliklər var.

Apple watchOS 9.5.1 güncellemesi yayınlandı! - ShiftDelete.Net

Yeni “watchOS 9.5” yeniləməsi ilə saatın sağlamlıq və idman bölməsindən daha səmərəli istifadə vəd olunur. Xüsusilə, idmana aid qismdə edilən düzəlişlərlə tətbiqlərin daha stabil və dəqiq işləməyə başlayacağı deyilir. Apple, həmçinin “watchOS 9.5” yeniləməsi ilə “Siri” funksiyasını təkmilləşdirib. İndi daha stabil və dəqiq assistentin olduğu deyilir. Siyahıya activity və musiqi idarəetmələrini də əlavə edək. Hər 2 xüsusiyyətin daha səlis işləməyə başladığı qeyd olunub.

Posted 
May 31, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All