"YouTube" videolarda reklam yerləşdirmə strategiyasını dəyişərək, izləyicilərin ən çox diqqət yetirdiyi hissələrdən sonra reklam göstərəcəyini açıqlayıb. Şirkət “Peak Points” adlı yeni məhsulu təqdim edib və bu texnologiya "Gemini" süni intellekti vasitəsilə videolardakı “zirvə” anları müəyyənləşdirəcək.

Reklamlar isə bu zirvə anlardan dərhal sonra yayımlanacaq ki, bu da mühüm məqamların reklamla bölünməsinin qarşısını alacaq. "YouTube" bu addımı izləyici diqqətinin ən yüksək olduğu anlardan sonra reklam yerləşdirməklə daha effektiv nəticə əldə etmək məqsədilə atır. Yeni funksiyanın nə zaman istifadəyə veriləcəyi hələlik açıqlanmayıb, amma yaxın zamanda tətbiq olunacağı gözlənilir.

Posted 
May 16, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All