“Publicis Zenith Azerbaijan” tərəfindən həyata keçirilən ''Maksimum Dad, Sıfır Şəkər'' layihəsinin ilk videosunda Aynişan Quliyeva iştirak etmişdi. Layihənin davamında isə futbolçu Ruslan Abışov ilə, pilates ustası Günay Ağayeva yer alıb.
Visa sponsorluğu ilə Azərbaycanda ilk dəfə həyata keçiriləcək “Young Lions Azerbaijan 2021”, print və film kateqoriyalarında yarışmaq istəyən gənclərin yolunu gözləyir!
Ötən günlərdə “Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”-nın hibrid formatında olacağı barədə məlumat verilmişdi. Təşkilatçılar yeni açıqlama yayaraq festivalın 2021-ci ildə bütövlükdə onlayn formatında keçiriləcəyini bildirdilər.
Misir Cəfərov və Nicat Manafov tərəfindən qurulan sürətli çatdırılma tətbiqi olan Fonibo, Səudiyyə Ərəbistanında yerləşən DAAL Venture Capital-dan investisiya aldı.