V

isa sponsorluğu ilə Azərbaycanda ilk dəfə həyata keçiriləcək “Young Lions Azerbaijan 2021”, print və film kateqoriyalarında yarışmaq istəyən gənclərin yolunu gözləyir!

Yarışa qatıla bilmək üçün iştirakçılar 25 iyun 1990-cı il doğumlu və ya daha kiçik olmalıdırlar. Son müraciət tarixi isə 4 May olaraq təyin edilib. Qaliblər 19 May tarixində açıqlanacaq.

Yarışda, iki nəfərdən ibarət komandalara veriləcək “brief” ilə iştirakçılara Print kateqoriyası üçün 24 saat, Film kateqoriyası üçün isə 48 saat vaxt veriləcək. Bu müddət ərzində iştirakçıların, fikirlərini maksimum 300 kəlimə ilə yazılı olaraq və İngilis dilində təqdim etməsi lazımdır. Film kateqoriyasında hazırlanacaq olan video da 60 saniyəni keçməməlidir. Yarış onlayn olaraq keçiriləcək və iştirakçılar işlərini onlayn olaraq təqdim edəcəklər.                

Bu kateqoriyalarda qalib olanlar 24 May-14 İyun 2021 tarixlərində onlayn olaraq keçiriləcək “Young Lions Competition” festivalının finalında mübarizə aparmaq imkanını əldə edəcəklər.

Müsabiqəyə aid paylaşımları izləmək üçün #younglionsaze həştəqini izləyə bilər, yarışa qatılmaq və ya ətraflı məlumat əldə etmək üçün https://www.canneslions.az veb saytını ziyarət edə bilərsiniz.

Posted 
Apr 28, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All