B

ilirik ki,podkast anlayışının bütün dünyada populyarlığı getdikcə artır.

Bəs, podkast nədir və necə hazırlanır?

Məzmun yaratmağın çox önəmli olduğu bu günlərdə video məzmunlarla bərabər hər hansıbir mövzuda podkast yayımlamaq da çox məşhurlaşıb.  

Podkast nədir?

Podkastın əntəməl izahı "Səsli bloqlama”dır. Hər bir podkast bölümü əslində fərqli birmövzudan bəhs edən səsli məzmunlardır. Podkast, sözü "canlı yayım" (broadcast) və pod (iPod) kəlimələrinin birləşməsindən yaranıb. Canlı olaraq yadda saxlanılan yayımların istənilən zaman, istənilən yerdə yayımlanmasından yaranmış bir addır.

Podkast Nə Zaman Məşhurlaşdı?

Podkast qlobalda bəlkə son 15-20 ildir ki, xeyli məşhurdur və həm proqram, həm də dinləyici sayı getdikcə artır. Məsələn Türkiyədə 2000-ci illərin başında ilk nümunələrini görə bilərik amma son bir neçə ildə populyarlaşmağa başlayıb.

Yüksəliş zamanına baxsaq iPod ilə də tamamilə əlaqəli olduğunu görə bilərik. Hətta başlanğıçda iPod-lardan dinlənə biləcək şəkildə dizayn edilsə də artıq hər cihazdan dinlənə biləcək qədər inkişaf edib.

“Edison Research”un hazırladığı hesabata görə 12 yaş və üzəri Amerikalı gənclərin;

100 nəfərin 60-ı podkast anlayışınıbilir. Bu rəqəm iki il öncə 22% civarında idi
40%-i ən az bir dəfə podkast dinləyib(təxmini 112 milyon adam)
24%-i son bir ay içində ən az bir dəfəpodkast dinləyib
20%-i keçən həftə içində 4 ya da 5podkast dinləyib
65%-i smart cihazları ilə daimipodkast dinləyir

Podkast Yayımlamaq Üçün Lazımlı Avadanlıqlar Hansılardır?

Podkast yayımı həyata keçirmək üçün öncə texniki avadanlıqları toplamaq lazımdır. Başlanğıc üçün 100 -250 AZN arasında bir büdcə kifayət edər. Təbii ki, bu işi daha keyfiyyətli, hətta professional şəkildə görmək üçün 600 - 1000 AZN arasında bir büdcə xərcləməyiniz lazım olacaq.

Mikrofon:  

Podkast üçün uyğun ola biləcək iki cür mikrofon var.

1. USB

2. XLR mikrofonlar

USB-li mikrofon ilə sürətli şəkildə podkast hazırlamağa başlaya bilərsiniz. USB mikrofonun ən böyük avantajı qoşulma sürəti və asanlığındadır. USB porta taxdığınız anda istifadəyə hazır olur. Başlanğıc və orta səviyyə üçün “Samson” və “Blue” marka mikrofonlarını tövsiyə edə bilərik.

XLR mikrofonunu isə komputerinizə dərhal bağlaya bilmirsiniz. XLR mikrafon üçün, xarici səs kartına ya da mixer-ə ehtiyacınız olacaq. Orta səviyyə bir XLR mikrofon üçün “Audio Technica 2020” ya da ”Blue Yeti” seçə bilərsiniz.

Səs Yazma Proqramı:

Başlanğıcda pulsuz olaraq “Audacity”ni istifadə edə bilərsiniz. Daha keyfiyyətli bir podkast yayım üçün də “Adobe Audition”nı ($19) tövsiyə edə bilərik. Bundan əlavə “Garage Band” da istifadəsi rahat bir proqramdır.

POP Filtri:

Pop filtri, səs yazma studiolarında mikrofonla səslər yazılarkən yaranan səs partlamalarının qarşısını almaq üçün istifadə edilən bir növ səs filtridir.

Her şeydən əvvəl keyfiyyətli bir podkast yayımlamaq istəyirsinizsə mütləq POP filtri istifadə etməlisiniz. Bu həm mikrofonunuzun ömrünü uzadacaq, həm də səs partlamalarının qarşısını alacaq.

Sadə Quraşdırma:

• USB mikrofon (samson c01)

• Audacity səs yazma proqramı

• Komputer

Orta Səviyyə Quraşdırma:

• USB və ya XLR orta səviyyə bir mikrofon “BLUE Yeti” USB / Audio Technica 2020 USB / XLR mikrofon

• Pop filtr

• Adobe Audition

• Səs kartı və ya mixer

Podkastımı “Apple Music”, “Yandex Music” və “Spotify” kimi məcralara necə yükləyə bilərəm?

Son addım olaraq “Apple Music” ya da “Spotify” kimi populyar məcralara yayımını yükləyərək dinləyicilərinə səsini eşitdirə bilərsən.

Əvvəlcə RSS feed yaratmalısınız. Bunun üçün də istifadə edə biləcəyiniz 2 platforma var:

1. https://transistor.fm

2. https://anchor.fm

RSS feed yaratdıqdan sonra isə podkastını yükləmək istədiyin məcranın (hər biri üçün fərqli bir yol ola bilər) addımlarını izləməyiniz kifayətdir. Məsələn “Spotify”ın podcast yayımlayanlar üçün hazırladıqları xüsusi səhifədəki addımlara nəzər sala bilərsiniz: https://podcasters.spotify.com/faq#how-do-i-get-my-podcast-on-spotify

Posted 
Jun 29, 2021
 in 
Texnologiya
 category

More from 

Texnologiya

 category

View All

Join Our Newsletter and Get the Latest
Posts to Your Inbox

No spam ever. Read our Privacy Policy
Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.