2000-ci illər deyiləndə ilk ağıla gələn cihazlardan biri də “Blackberry”dir. Ağıllı texnologiyaların həyatımızı bu qədər işğal etmədiyi illərin əfsanəvi telefonu klaviaturası, kiçik ekranı və özünəməxsus əməliyyat sistemi ilə xüsusilə gənclərin sevimlisinə çevrilmişdi. Lakin “Blackberry”nin bu məşhurluğu uzun çəkmədi və cihazın bazara daxil olmağı ilə çıxmağı bir oldu. Yaddaşlardan silinməyən bu ani yüksəliş və eniş hekayəsi bəyaz pərdəyə çıxmağa hazırlaşır.


Texnologiya nəhəngləri “Apple” və “Samsung” rinqə çıxdıqdan sonra diqqətdən kənar qalan “Blackberry” əslində dünyanın ilk ağıllı telefonudur. “WhatsApp”ın təkmilləşdirilməmiş versiyası hesab olunan “BlackBerry Messenger” (BBM) bu telefonun tətbiqetmələrindən biri idi, lakin “IOS” və “Android” proqram təminatının sürətinə çata bilmədiyi üçün bazardan çıxmalı oldu. Prodüserlər bu hekayəni Hollivudun bioqrafik filmlərinin siyahısına salmaq qərarına gəliblər. “The Dirties” və “Operation Avalanche” filmləri ilə məşhurlaşan Metyu Consonun rejissorluğunu edəcəyi film “BlackBerry” adlanacaq. Filmdə “Research in Motion” (RIM) şirkətinin hüquqi mübahisələrə məruz qalması və məğlub olması səbəbilə yüksəliş və eniş yaşayan cihazın hekayəsi qələmə alınacaq.

Posted 
Aug 29, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All