exnologiyanın mühüm qolu olan süni intellektə investisiyalar son illərdə əhəmiyyətli dərəcədə artdı. Microsoft, Google və OpenAI kimi şirkətlərin qoyduğu bu investisiyalar nəticəsində mühüm süni intellekt alətləri ortaya çıxdı.
Bu süni intellekt vasitələrindən biri istifadəyə verildiyi gündən çox populyarlaşan ChatGPT-dir. Son dövrlərdə əhəmiyyətli yeniliklərlə təchiz edilən ChatGPT, artıq internet üzərindən ən aktual məlumat vermə xüsusiyyətinə malikdir.
Bildiyiniz kimi, keçən il hər kəs üçün əlçatan olan ChatGPT yalnız 2021-ci ilin sentyabr ayına qədər məlumatlarla məhdudlaşırdı. Məsələn, onun 2021-ci ilin noyabrında təqdim edilən smartfonun xüsusiyyətləri barədə məlumatı yox idi.
ChatGPT artıq 2021-ci ilin sentyabr ayına qədər məlumatlarla məhdudlaşmır. Süni intellekt internetdəki ən məlumatları təqdim etmək imkanı qazanıb. ChatGPT üçün çox vacib olan bu yenilik, istifadəçilərin tətil və ya velosiped turları planlaşdırmaq kimi aktual məlumatlara ehtiyac duyduqları vəziyyətlərdə işə düşür.
Ən son məlumatı təmin edən ChatGPT versiyası Plus və Enterprise istifadəçilərinə təqdim edilib. OpenAI tezliklə bütün istifadəçilər üçün əlçatan olacağını bildirib. ChatGPT-nin GPT-4 dil modelinə keçdikdən sonra "Browse with Bing" seçiminə klikləməklə bu yeni funksiyadan istifadə edə bilərsiniz.