"Chatgpt-də heç vaxt çat cavablarının içinə reklam yerləşdirilməyəcək".

Bu sözləri Sam Altman Anthropic-in hazırladığı tənqidi reklamlara münasibət bildirərkən qeyd edib. Anthropic Super Bowl zamanı yayımladığı reklamda süni intellekt köməkçilərinin istifadəçiyə yardım etdikdən sonra qəfil məhsul satmağa başlamasını tənqid edib və “Reklamlar süni intellektə gəlir. Amma Claude-a yox” mesajını verib. Kampaniya dolayısı ilə OpenAI və ChatGPT-ni hədəf kimi göstərib.

OpenAI-ın rəhbəri Sam Altman isə bildirib ki, şirkət heç vaxt çat cavablarının içinə reklam yerləşdirməyəcək və bunu distopik yanaşma adlandırıb. O, eyni zamanda Anthropic-in öz prinsiplərində reklam imkanını tam istisna etmədiyini vurğulayıb.

Mütəxəssislərə görə, bu müzakirə AI şirkətləri arasında etimad və gələcəkdə necə gəlir əldə ediləcəyi ilə bağlı daha böyük rəqabətin göstəricisidir.

Posted 
Feb 6, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All