Qlobal texnologiya və sənaye nəhənglərinin nümayəndələri Azərbaycanda səfərdədir.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kush Choksy-nin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə “Apple”, “Meta”, “Visa”, “Boeing Global”, “ExxonMobil”, “Shell International”, “Mastercard”, “Ericsson AB”, “Honeywell”, “J.P. Morgan”, “Marriott”, “Motorola Solutions”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və digər aparıcı şirkətlərin rəhbər şəxsləri daxildir.

Görüşdə Azərbaycanla beynəlxalq şirkətlər arasında əməkdaşlıq imkanları, investisiya perspektivləri və iqtisadi tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

‍

Posted 
Feb 9, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All