14-cü dəfə keçirilən iPhone Foto mükafatları (IPPAWARDS) çərçivəsində iPhone istifadə edərək çəkilən ən yaxşı şəkillər açıqlandı.
2007-ci ildən bu yana dünyanın hər yerindən iştirakçıların qatıldığı yarışda dərəcə əldə edən fotoqraflar dünya miqyasında bilinirlik qazanır. Bu il 140-dan çox ölkənin iştirakçılarının olduğu yarışda minlərlə şəkil arasından mükafat qazanan işlər də hekayələri ilə və texniki yönləri ilə diqqətləri üzərinə çəkdi.
Hindistandan Sharan Shetty iPhone X ilə çəkdiyi “Bonding” adlı şəkillə birincilik mükafatını, iPhone 11 Pro Max ilə “A Walk on Mars” adlı şəkli çəkən Dan Liu ikincilik mükafatını, iPhone X istifadə edərək çəkiliş edən Jeff Rayner isə üçüncülük mükafatını qazandı.
Yarışa qatılan şəkillərdə “Adobe Photoshop” kimi komputer proqramlarından istifadə etmək qadağan olunsa da, iştirakçılar istədikləri iOS tətbiqindən istifadə edərək redaktələr edə bilirdilər.