2021-ci ildə “HubSpot Blog”un sosial media trendləri ilə bağlı araşdırmasına görə, sosial media menecerlərinin 77%-i sosial media marketinqinin 2021-ci ildə şirkətləri üçün bir qədər çox təsirli olduğunu deyir.

Biz tez-tez sosial mediada istifadə etmək üçün ən yaxşı strategiyalardan danışırıq, lakin aşağı statistikaların qarşısını almaq üçün hansı səhvlərdən qaçmaq lazımdır, heç düşünmüsünüzmü? Bu yazıda hər platformaya uyğun ən önəmli punktları sizin üçün yazdıq.

INSTAGRAM

1. Yeni funksiyalara məhəl qoymamaq.

“Instagram” daim inkişaf edir.

Məhz bu il “Instagram” bir neçə funksiyanın sınaqdan keçirildiyi və ya tam istifadəyə verildiyi elan etdi, məsələn “Creators Marketplace”, yeniyetmələr üçün nəzarət alətləri, pin edilmiş postlar, 90 saniyəyə qədər çarxlar – və bu, sadəcə bir neçəsidir.

Platforma yeni funksiyalar təqdim edəndə onlardan istifadə edən hesabları önə çəkməyə üstünlük verir. Məsələn “Reels” funksiyası elan edilən alqoritm yeni funksiyanıistifadə edən hesabları lentdə video yerləşdirənlərə nisbətən izləyiciyə daha çox çatmağına imkan yaradırdı.

2. Canlı yayım etməmək.

Canlı yayım “Instagram”da ən güclü vasitələrdən biridir.

Keçən il canlı yayımlar etməyə xüsusi vaxt və maddiyat ayıran marketoloqların 52%-i bunun gözlənildiyindən daha yaxşı nəticə verdiyini bildirib.

Canlı yayım izləyicilərinizi cəlb etmək və Instagram strategiyanızı optimallaşdırmağa kömək edə biləcək real vaxtda rəy əldə etmək üçün əla yoldur.

3. Videoların “TikTok” loqosu ilə yüklənməsi.

Reels ilk dəfə təqdim edildikdə hamı bunun “TikTok”un uğuruna cavab olduğuna inanırdı.

Birdən çox sosial media platformasında çarpaz paylaşımlar etmək niyyətindəsinizsə, orijinal məzmunu yüklədiyinizdən və onu tətbiq daxilində fərdiləşdirdiyinizdən əmin olun. Bu, məzmununuzun keyfiyyətini qoruyacaq və paylaşılanda onun kölgədə qalmamasını təmin edəcək.

4. Aşağı keyfiyyətli məzmun paylaşmaq.

“Instagram”ın direktoru bu yaxınlarda bildirib ki, platforma artıq foto paylaşma proqramı deyil.

Bu, doğru olsa da, vizuallar hələ də bu platformada gücə sahibdir və uğur qazanmaq istəyirsinizsə, yüksək keyfiyyətli məzmun hazırlamalısınız.

Vizuallar platformanın hər yerindədir və əgər sizinki deyilsə, tamaşaçıların diqqətini saxlamaq üçün mübarizə aparmalı olacaqsınız..

5. Bioqrafiyanı yazmamaq.

“Instagram” bioqrafiyanız profilinizin çox kiçik bir hissəsidir, lakin o, böyük gücə malikdir.

İstifadəçilər platformada hesablar, profillər axtaranda bionuzdakı məlumatlar sizi tapmağa kömək edəcək. İstifadəçi adınızdan biznes kateqoriyanıza, biodan profil şəklinizə qədər.

6. Biznes əvəzinə şəxsi profil idarə etmək.

Brendiniz üçün biznes hesabınız yoxdursa, əminsiniz ki, “Instagram”ı düzgün istifadə edirsiniz?

Əgər şəxsi və biznes profili arasında qərar verə bilmirsinizsə, biznes profilinin tək bir funksiyası var ki, sizin bütün fikirlərinizi qətiləşdirə bilər: Analitika.

Biznes hesabınız olduqda, başqa cür öyrənə bilməyəcəyiniz bir sıra məlumatlara giriş əldə edirsiniz. İstifadəçilərinizin sizi necə tapmasından tutmuş, hansı postların ən çox trafik çəkməsinə qədər hər şey.

Bu fikir “Instagram” strategiyanızın qurulmasında və izləyicilərinizdən rezonans doğuran şeylər haqqında fikir əldə etməkdə əvəzsiz olacaq.

7. İzləyici panelindən istifadə etmək (pulla izləyici artırmaq).

“Instagram”da kiçik bir biznes olub bir az etibarlılıq yaratmaq və ya bəlkə də, daha çox post reaksiyası əldə etmək istəyirsinizsə, pulla izləyici almağı düşünə bilərsiniz.

Başa düşüləndir ki, bu ən sürətli və ən rahat yoldur. Amma bir şeyi nəzərə alın, əgər bu üsul effektiv olsaydı, onda niyə hamı bundan istifadə etmirdi?

İzləyicilərinizin artmasına baxmayaraq, bu izləyicilər uzun müddətdə sizə kömək etməyəcəklər. Onlar tez-tez məzmununuza layk atmayacaq, şərh yazmayacaq, paylaşmayacaq və ya tanıtmayacaq bot hesablarıdır.

Bu, həmçinin profilinizlə bağlı dataları əhəmiyyətli dərəcədə korlayacaq və hansı strategiyaların işlədiyini anlamaqda işinizi çətinləşəcək. 

8. Şəkil açıqlamalarının yazılmaması.

Əgər şəkliniz və ya videonuz istifadəçinizin diqqətini cəlb edirsə, başlığınız onları qalmağa vadar edə bilər.

Bir çox marka başlığı görməzlikdən gəlir, bunun əvəzinə əla vizual kontentlər yaratmağa diqqət verir. Bununla belə, hər ikisi izləyiciləri cəlb etməkdə bərabər rol oynayır.

Yazdığınız açıqlama (caption) postunuza daha çox kontekst təklif edə və interaktivləri artıra bilər. Beləliklə, qarşıdan gələn postları hazırlayarkən, başlığınızın sonradan düşünülmədiyinə əmin olun.

TIKTOK

9. Hər postda reklam paylaşmaq.

"TikTok" orijinallıq, kreativlik yeridir.

Platformaya sadəcə məhsul və xidmətlərinizi tanıtmaq üçün girirsinizsə, oradan yaxşı nəticə əldə etməyiniz çətinləşəcək.

Bunun əvəzinə həyat tərzini, xüsusən də, hədəf auditoriyanızın həyat tərzini paylaşmağa diqqət yetirin. Onların çətinlikləri və probleməri ilə əlaqəli, bəlkə, sizin məhsulunuzun, təklif etdiyiniz xidmətin hamı tərəfindən bilinməyən xüsusiyyətlərini, yaxud sadəcə gülməli məzmun yarada bilərsiniz.

Məzmununuz nə qədər orijinaldırsa, “TikTok” sizin üçün bir o qədər uğurlu platforma olacaq.

10. Reklamlarda viral musiqilərdən istifadə etmək.

Viral musiqilər tətbiqdə tez-tez dəyişir.

Ortastatistik bir trend mahnının ömrü bir və ya iki həftədir - buna görə də “TikTok” postlarınızda istifadə etmək üçün əladır. Bunun əksinə, reklamlar üçün trend musiqilər qətiyyən yaxşı seçim deyil.

Niyə? Yaxşı, reklam çox güman ki, bir neçə həftə davam edəcək və o vaxta qədər səs daha populyar olmayacaq. Əslində, istifadəçilər səsi eşitməkdən yorula bilər və ondan istifadə etmək bir marka kimi bəyənilməyinizə və imajınıza zərər verə bilər.

11. Filtrlərdən istifadə etməmək.

"TikTok"da səslər məşhurlaşdığı kimi, filtrlər də məşhurlaşır.

Üzünüzü genişləndirən effektlərdən tutmuş sizi kosmosa aparan effektlərə qədər seçim etmək üçün çox şey var. Brendlər üçün bu, yaradıcı olmaq və izləyicilərinizlə əylənmək üçün çoxlu imkanlar təqdim edir.

Əlbəttə ki, hər hansı trendə nə vaxt qoşulacağınızı və nə vaxt qoşulmayacağınızı bilmək vacibdir. Əgər bir şey dəyərlərinizə və ya strategiyanıza uyğun gəlmirsə, iştirak etməyin - çünki yüz faiz axır-əvvəl daha yaxşı bir alternativ tapacaqsınız.

TWITTER

12. Mentionlara fikir verməmək.

Sosial media ikitərəfli bir küçədir. Siz paylaşırsınız və izləyiciləriniz cavab verir.

Çox vaxt brendlər paylaşmağa diqqət yetirir, amma öz icmaları, izləyiciləri ilə əlaqə saxlamağı unudurlar. “Twitter”də bu, mətn yönümlü proqram kimi xüsusilə asandır.

Əgər bir brend kimi “Twitter”də var olmaq istəyirsinizsə, gələn mentionlara cavab verməyi, onlara necəsə reaksiya bildirməyi unutmayın.

13. Çox tez-tez retweet etmək.

Bir istifadəçi Twitter profilinizə daxil olduqda, onlar sizin nə haqqında yazıb-pozduğunuzu anlamalı və səhifədən nə gözləyəcəyini başa düşməlidir. 

Amma səhifənizin 90%-i retweetdirsə, bu, həmin qiymətləndirməni aparmağı çətinləşdirir.

Bunun əvəzinə həm öz tweetlərinizlə, həm də retweetlərinizlə yeni izləyicilərə “biz aktivik ha!” mesajı verməyə, həm də başqalarının sizin barəsində paylaşdıqlarına dəyər verməyə çalışın.

14. Eyni şeyi tweetləmək.

Təsəvvür edin ki, bir mağazaya girib hər yerdə eyni əşyanı görürsünüz. Araşdırmaq üçün yeni bir şey olmadığını başa düşdükdən sonra marağınız itəcək və tez oradan uzaqlaşacaqsınız.

Twitter səhifənizi mağazanız kimi düşünün: nə qədər çox müxtəlifliyə sahibsinizsə, izləyicilərinizi cəlb etmək və onları orada qalmağa təşviq etmək üçün bir o qədər çox imkanınız var.

Yüksək performanslı məzmunu yenidən istifadə etmək dəyərli olsa da, əsas odur ki, hər dəfə təzə görünsün. Siz həmçinin məzmununuza yeni bir həyat vermək üçün təzə rakurslar tapmağa çalışmalısınız.

15. “Twitter”ə digər sosial media platformaları kimi davranmaq.

“Twitter” yazılı məzmunun üstünlük təşkil etdiyi bir neçə sosial şəbəkədən biridir.

Əgər siz “YouTube”, “TikTok” və “Instagram”da aktivsinizsə, “Twitter” üçün də eyni yanaşmadan istifadə etmək istəyə bilərsiniz.

Bununla belə, sosial mediada qızıl qayda məzmununuzu platformaya uyğunlaşdırmaqdır, əksinə siz daha çox zəhmət çəkib, daha az reaksiya əldə edəcəksiniz.

FACEBOOK

16. Səhifənin cavab nisbətinin aşağı olması.

Hansısa “Facebook” səhifəsinə girdiyiniz zaman görəcəyiniz ilk şeylərdən biri səhifənin mesajlara cavab vermək sürətliliyi və dərəcəsidir..

Bu, brend və onun potensial müştəriləri ilə münasibətləri haqqında ilkin təəssürat yaradır.

Yüksək cavab nisbəti əla müştəri xidmətinə malik olduğunuzu göstərir, aşağı qiymət isə ya platformada aktiv olmadığınız və ya müştəri xidmətinizin bir o qədər də qənaətbəxş olmadığını sübut edir.

Bu, profilinizin kiçik görünən hissəsi olsa da, böyük təəssürat yarada bilər.

17. Mənfi şərhləri silmək.

Mənfi şərhlər hər bir markanın sosial varlığının bir hissəsidir.

Haradasa narazı müştəri və ya məyus bir izləyici ola bilər və bəzən onlar birbaşa şərhlərinizə daxil olurlar.

Brendinizin imicini qorumaq üçün şərhi tamamilə silmək istəyə bilərsiniz. Bununla belə, narazı izləyicinizə ciddi cavab vermək əslində sizin xeyrinizə işləyə bilər.

Mənfi şərhlərə cavab vermək auditoriyanıza çətin söhbətlərdən çəkinmədiyinizi göstərir. O, həmçinin oxşar narahatlıqları olan digər müştəriləri də sakitləşdirə bilər.

18. Xüsusi səhifə coverinin olmaması.

“Facebook” səhifənizdəki hər şey markanıza kömək edə və ya zərər verə bilər və bildiyimiz kimi, şeytan detallardadır.

Fərdi cover sizi yalnız loqolarından və ya stok şəkillərindən istifadə edən rəqiblərinizdən fərqləndirən əla yoldur.

Bunun əvəzinə brendiniz haqqında nə isə deyən və dəyərlərinizə və ya mədəniyyətinizə danışan bir cover seçin. Emosional cəlbediciliyi olan bir təsvirdən istifadə, məhsulunuz və ya xidmətiniz haqqında bizə məlumat verən sadə bir fotoşəkildən daha yaxşı təsir göstərə bilər.

19. İcmaya qarşı etinasız olmaq.

“Facebook” icma yaratmaq üçün ən yaxşı yerlərdən biridir. “Facebook” qruplarından tutmuş canlı yayımlara qədər auditoriyanızla ünsiyyət qurmağın bir çox yolu var.

Axı markanın sadiq izləyicilərini və müştərilərini belə formalaşdırırıq. Bu, promo video paylaşmaqla əldə edilən bir şey deyil, ardıcıl və həqiqi qarşılıqlı əlaqə ilə yaranan bir şeydir.

“Facebook” səhifənizi icma qurma vasitəsi kimi görməyə başladıqdan sonra yaxşı nəticələr əldə edə biləcəksiniz.

20. Rəqiblərinizi görməzlikdən gəlmək.

“Facebook”da ən əlverişli vasitələrdən biri analitik panelinizdə rəqibləriniz haqqında məlumat əldə etmək bacarığıdır.

Nə etməməli olduğunuzu bilmək, nə etməli olduğunuzu bilmək qədər vacib ola bilər. Bu siyahı tam olmasa da, başlamaq və sizi doğru yolda saxlamaq üçün olduqca yaxşı yerdir.

Posted 
Jul 12, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All