G

hostwriter adlı məzmun yaradıcısı süni intellekt vasitəsilə Travis Scott21 Savage-in səslərindən ibarət yeni musiqi yayımlayıb.

Bəs Travis Scott və 21 Savage-in icazəsi varmı?

Bununla bağlı Ghostwriter bildirib: “Musiqinin gələcəyi buradadır. Aydındır ki, insanlar bu mahnını istəyirlər. Bu səs yazısını yerləşdirməyə icazə versəniz və ya bu postu silməyimi istəsəniz, Instagram-da mənə yazın".

Ghostwriter əlavə edib ki, Travis Scott 21 Savage mahnının buraxılmasına icazə verərsə, Ghostwriter müəllif hüquqlarını onlara yönəldəcək.

Ghostwriter əvvəllər yenə süni intellekt istifadə edərək Drake mahnısını da izləyicilərinə təqdim etmişdi.

The New York Times xəbər verir ki, yeni süni intellektlə yaradılmış mahnı buraxmaqla yanaşı, Ghostwriter "Heart on My Sleeve" mahnısını da 2 kateqoriya üzrə Qremmiyə təqdim edib: ən yaxşı rep mahnısı və ilin mahnısı.

Posted 
Sep 7, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All