Bakıda keçirilən Azərbaycan–ABŞ İqtisadi Dialoqunun ilk iclasında paytaxtın bu il ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcəyi elan olunub.

Görüş zamanı süni intellekt, rəqəmsal transformasiya, data mərkəzləri, innovasiya ekosistemi və iki ölkə arasında texnoloji əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından olub.

Tədbirin Bakıda keçirilməsi Azərbaycanın regionda texnologiya və innovasiya mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Süni intellekt həftəsi dünyanın müxtəlif ölkələrindən startapları, texnologiya şirkətlərini, investorları, tədqiqatçıları, universitetləri və dövlət qurumlarını bir araya gətirən beynəlxalq platforma hesab olunur.

Proqram çərçivəsində süni intellektin biznesdə tətbiqi, rəqəmsal iqtisadiyyat, kibertəhlükəsizlik, data infrastrukturu, innovasiya siyasətləri və gələcəyin texnologiyaları ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur. İştirakçılar panel sessiyaları, təqdimatlar, praktiki seminarlar və şəbəkələşmə tədbirləri vasitəsilə qlobal AI ekosisteminin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Posted 
Jun 3, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All