A

dAsia "Kreativlik və BacarıqReytinqi"nin nəticələri açıqlanıb, 11-ci dəfə Mərkəzi Asiya regionunda və Azərbaycanda ilin ən yaxşı agentlikləri müəyyən edilib.

Azərbaycandan 4 reklam agentliyi siyahıya daxil ola bilib!

Reytinq 2021-ci il ərzində regional agentliklərin beynəlxalq reklam festivallarında iştirakının nəticələrini nəzərə alır, burada münsiflər heyəti kreativ reklam agentliklərinin, brendinq studiyalarının və dizayn bürolarının, Digital və SMM, PR və BTL agentliklərinin yaradıcılığını və bacarığını qiymətləndirir.

Bu il “Yaradıcılıq və Ustadlıq Reytinqin”indən əlavə yeni ixtisaslaşdırılmış reytinqlər müəyyən edilib:

  • Brendinq Reytinqi
  • Rəqəmsal və SMM reytinqi

Brendinq Reytinqi

Burada brendinq müsabiqələrində, eləcədə yüksək ixtisaslaşmış brendinq festivallarında istənilən mükafatları alan agentliklər iştirak edə bilir.

Rəqəmsal və SMM reytinqi

Rəqəmsal və SMM üzrə ən yaxşıların müəyyən edildiyi yerlərdə xallar böyük festivallarda mükafatlar üçünverilir, lakin yalnız rəqəmsal və SMM müsabiqələrində, eləcə də yüksək ixtisaslaşmış onlayn reklam festivallarında qazanılan istənilən mükafatçılar üçün verilir.

İndi, ənvacib məqam, nəticələr:


YARADICILIQ VƏ BACARIQLAR ÜÇÜN ÜMUMİ REYTİNQ:
Ümumilikdə 4 ölkənin agentlikləri Reytinqə düşə biliblər: Özbəkistan, Qazaxıstan, Azərbaycan və Qırğızıstan. Üstəlik, keçənillərlə müqayisədə Azərbaycanın daha çox agentliyi festivallarda mükafatlar alıb və Reytinqə daxil olub.

2021-ci ildə 1 nömrəli Reklam Agentliyi – “GForce / Gray” (Qazaxıstan)

2-ci yer – “BBDO CA” reklam agentliyi (Qazaxıstan)

3-cü yer – “MA'NO Branding” brendinq agentliyi (Özbəkistan)

BRENDİNQ REYTİNQİ:
1-ci yer - MA'NO Branding (Özbəkistan)
2-ci yer - Division Marketing Agency (Özbəkistan)
3-cü yer - Sintez (Özbəkistan)

DİJİTAL və SMM REYTİNQİ:
1-ci yer - GForce / Grey (Qazaxıstan)
2-ci yer - FCB Artgroup Tashkent (Özbəkistan)
3-cü yer - Sintez (Özbəkistan)

İndisə diqqəti bu siyahıya daxil olmağı bacaran 4 Azərbaycan agentliklərinə çəkmək istəyirik

Endorphin

Endorphin 7 ilə yaxındır fəaliyyət göstərənvə Azərbaycanda, eləcədə qlobalda bir çox məşhur şirkətlərlə əməkdaşlıq edən reklam agentliyindən biridir. Müştəriləri arasında P&G Azerbaijan, Yandex, Kristal Abşeron, Pasha Holding, United Nations, Kapital Bank kimi şirkətləri nümunə çəkmək olar.

“Creativity And Craft Ranking” kateqoriyasının top 10-na daxil olmağı bacaran “Endorphin” reklam agentliyi iştirak etdiyi “Kiyev Beynəlxalq Reklam Festivalı”nda 32 bal, “WhiteSquare”dən 5 bal və “Red Jolbors” festivalındansa 4 bal alaraq ümumi 41 bal toplayaraq 26 agentlik arasından 8-ci yerə layiq görülüb.

Bundan başqa “Digital & SMM Ranking” kateqoriyası üzrə də TOP 5-ədaxil olan agentlik 5-ci yeri tutub.

FCB Artgroup Baku

1986-cı ildə əsası qoyulan “ARTGROUP” 2015-ci ildən 80-dən çox ölkədə, 120dən çox ofisdə, 8000-ə yaxın işçisi olannetvörklərindən biri olan “FCB NetWork”ə qatılıb. İstanbul, Bakı, Almatı, Daşkənd, Tbilisdə fəaliyyət göstərən agentlik “Creativity & Craft Ranking” reytinqdə 12-ci yerdə qərarlaşıb.

“AdStars” Festivalından 12 bal, “Red Jolbors” agentliyindəndə 8 bal alan bu agentlik ümumilikdə 20 bal ilə ili sonlandırıb.

Digital & SMM Ranking”də isə “Red Jolbors” festivalından qazandığı 8 bal ilə TOP 5-ə daxil olaraq 4-cü yerə layiq görülüb.

DDB Azerbaijan

Əsası 1986-cı ildə Amerikada qoyulan Doyle Dane Bernbach Agentliyinin Azərbaycan qrupu “Creativity & Craft Ranking” reytinqdə “RedJolbors” festivalından qazandıqları 12 bal ilə 13-ci yerdə qərarlaşıb.

Düymə Agency

“Creativity & Craft Ranking” kateqoriyası üzrə Azərbaycanı təmsil edən bir digər agentliksə "Düymə Agentliyi"dir. 2015-ci ildən bəri fəaliyyət göstərən agentlik bu kateqoriyada "Red Jolbors” festivalından aldığı 4 bal ilə 15-ci yerə layiq görülüb.

Tam siyahı

Creativity & Craft Ranking


Branding Ranking

Digital and SMM Ranking


Posted 
Dec 14, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All