A

"Adidas" uzun müddətdir ki, işləri zəifləyən, satışlarını artırmağa çalışdığı "Reebok"u demək olar ki, zərərlə satdı.

Marka, son zamanlarda istədiyi performansı göstərməyən "Reebok"u 2020-ci ilin başından bəri satmağı planlaşdırırdı. Nəhayət "Authentic Brands Group" (ABG) ilə başlatdığı danışıqları nəticə verən firma, "Reebok"u 2.5 milyard dollara satmağı qəbul etdi.

"Adidas" "Reebok" ilə Yollarını Ayırdı - AGB
Authentic Brands Group - AGB

"Adidas", "Reebok"u 2006-cı ildə "Nike" ilə rəqabətə girərək 3.8 milyard dollara satın almışdı. Satın almadan sonra uzun müddət hər şey yaxşı getsə də "Reebok" son zamanlarda gözlənilən satış rəqəmlərinə çatmamağa başladı."Reebok"u "UFC" və "Crossfit"lə iş birlikləri ilə idmançılar tərəfindən seçilən bir marka olaraq tanıtmaq istəsələr də, bu da  bir nəticə vermədi.


Nəticədə "Adidas", "Reebok"u ABG-yə zərərinə satmağı qəbul etdi. Markaları idarə edən bir şirkət olan ABG əvvəllər də iflas edən məşhur markaları satın alıb. Bu firma aralarında "Nine West", "Aeropostale", "Brooks Brothers" və 'Forever 21" kimi markaların da olduğu  geniş portfolyoya sahibdir.
Açıqlamalarında satış proseslərinin 2022-ci ilin ilk yarısında tamamlanacağı bildirildi. "Adidas"ın CEO-su Kasper Rorsed, "Reebok"un  daha yaxşı yerlərə gələcəyinə inandığını da qeyd etdi.

Posted 
Aug 18, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All