“Adobe” Photoshopun veb versiyasını pulsuz şəkildə təqdim etmək üçün sınaqlar keçirməyə başlayıb. 

Hazırda beta versiya Kanadada test edilir. İstifadəçilər vahid Adobe profili ilə Photoshopdan istifadə edə bilirlər.

“Adobe” bu xidməti “freemium” adlandırır və gələcək vaxtlarda bəzi funksiyaları çıxarmağı düşünür. Bütün funksiyaları əldə etmək istəyən veb Photoshop istifadəçiləri əlavə ödəniş etməli olacaqlar. 

“İstəyirik ki, Photoshop hər kəs üçün əlçatan olsun və insanlar onunla işləməyə cəhd göstərərək bu məhsulu təcrübə etsinlər”, - bunu “Adobe”un vitse-prezidenti Maria Yap deyib.
Posted 
Jun 19, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All