oris Eldaqsenin süni intellektlə yaratdığı foto “Sony Photography Awards”da mükafat qazanıb, lakin müəllif mükafatı qəbul etməyib.
Dünya Fotoqrafiya Təşkilatı tərəfindən təşkil edilən “Sony Photography Awards” bu il çox maraqlı bir hadisəyə şahidlik etdi. Müsabiqədə B.Eldaqsenin “The Electrician” əsəri mükafata layiq görülüb. Maraqlı tərəfi odur ki, bu foto süni intellekt tərəfindən hazırlanıb.
“The Electrician” adlı vizualda 2 qadın təsvirini görürük. Onlardan birinin üzü digərinin kürəyinə söykənib. İşıq şüaları, həmçinin sepiya tonu ilə diqqət çəkən və gərgin ab-havası olan bu əsər, 20-ci əsrdə tez-tez rast gəldiyimiz spiritual tərzi xatırladır.
1989-cu ildən fotoqrafçılıq ilə məşğul olduğunu deyən Boris, son zamanlar süni intellektin yaradıcılıq alqoritmlərini kəşf etməklə məşğuldur. O, bildirib ki, seçilmiş foto mürəkkəb əmrlərdən tutmuş, özünün fotoqrafiya biliklərinədək bir çox açar sözləri əhatə edir və bu, qətiyyən su içmək qədər asan bir şey deyil.
Digər tərəfdən Dünya Fotoqrafiya Təşkilatı “Gizmodo”ya açıqlamasında Borisin onları aldatdığını və onunla ünsiyyət qurmaq istəmədiklərini bildirib.