Romantika janrında yazan müəllif Coral Hart süni intellekt alətlərindən istifadə edərək bir il ərzində 200-dən çox roman hazırlayıb.

Bu barədə The New York Times reportajına hazırlayıb. rİlkin qaralamalar bəzən bir saatdan az vaxtda yaradılıb, sonra isə müəllif tərəfindən redaktə olunub.

Hart bildirir ki, fərqli çatbotların imkanları dəyişir: bəziləri açıq məzmun yazmır, digərləri isə emosional dərinliyi zəif mətnlər yaradır. Buna görə də ciddi redaktə və yönləndirmə tələb olunur.

Müəllifin kitabları ümumilikdə təxminən 50 min nüsxə satılıb və altı rəqəmli gəlir gətirib. Ekspertlər isə AI ilə hazırlanan kitabların sürətlə artmasının bazarı doldura və insan yazarların görünməsini çətinləşdirə biləcəyindən narahatdır.

Posted 
Feb 18, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All