Azərbaycanlı tələbə NASA tərəfindən rəsmi tanınma məktubu alıb.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 7-ci dalğa tələbəsi Məhəmmədəli Hüseynzadə ABŞ Kosmik Agentliyi NASA tərəfindən həyata keçirilən “Vulnerability Disclosure Program” çərçivəsində kritik təhlükəsizlik boşluğu aşkarlayıb.

Məlumata görə, tələbənin təqdim etdiyi hesabat NASA-nın təhlükəsizlik mütəxəssisləri tərəfindən analiz edildikdən sonra yüksək prioritetli “P1” səviyyəli problem kimi təsdiqlənib. Bunun ardından Məhəmmədəli Hüseynzadəyə rəsmi “Recognition Letter” — yəni tanınma məktubu təqdim olunub.

“Vulnerability Disclosure Program” müxtəlif təşkilatların sistemlərində təhlükəsizlik boşluqlarının etik şəkildə bildirilməsi üçün yaradılmış beynəlxalq proqramdır. Bu tip proqramlar kibertəhlükəsizlik tədqiqatçılarına və tələbələrə real sistemlər üzərində təhlükəsizlik problemlərini aşkarlamaq və məsuliyyətli formada hesabat vermək imkanı yaradır.

Posted 
May 25, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All