"

Amazon” öz platformasında axtarışlar üçün süni intellektlə işləyən yeni metod yerləşdirməyə hazırlaşır. Şirkət “machine learning” sahəsi üçün iş elanında “Amazon Search”i interaktiv metodla yenidən dizayn etdiyini açıqlayıb.

Bringing the Magic of Amazon AI and Alexa to Apps on AWS. | All Things  Distributed

İş elanında paylaşılan məlumatlara görə təklif edilən yeni metodda istifadəçilər məhsul suallarına cavab tapa, məhsul üzrə müqayisələr apara və fərdi məhsul tövsiyələrindən faydalana biləcəklər. Bundan əlavə, şirkət 1993-1997-ci illərdə havadarı Milli Superkompüter Tətbiqləri Mərkəzi (NCSA) olan “Mosaic” veb-brauzerindən bir istinad gətirib. Şirkət, “Mosaic”in 30 il əvvəl internetlə qarşılıqlı əlaqəni asanlaşdırmasını özünün yeni texnologiyası ilə əlaqələndirərək namizədlərə belə bir müraciət yönləndirib:

90-cı illəri, WWW-nu, Mosaic-i, həmçinin Amazon və Google-un yaradılmasını qaçırmısınızsa, bunu da qaçırmaq istəməzsiniz.

Bundan əlavə, iş elanında paylaşılan məlumata görə, “Amazon” bu təcrübəni ən qısa zamanda istifadəçilər üçün əlçatan edəcək. “Amazon”un sözçüsü Keri Bertolino isə bu yeni alət haqqında çox informasiya verməyib, lakin onu qeyd edib ki, “Amazon” bütün iş sahələrində generativ süni intellektə ciddi sərmayə qoyur.

Posted 
May 16, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All