Anthropic ABŞ ordusu ilə AI əməkdaşlığından imtina etdi.
Anthropic ABŞ Müdafiə Nazirliyi ilə süni intellekt istifadəsi üzrə əməkdaşlığı davam etdirmək üçün təqdim olunan “son təklif”i rədd edib. Şirkət ölümcül avtonom silahlar və kütləvi nəzarət riskləri ilə bağlı narahatlıqları əsas gətirib. Şirkətin CEO-su Dario Amodei bildirib ki, AI texnologiyalarının “istənilən qanuni məqsəd üçün” istifadəsi tələbi şirkətin etik prinsiplərinə uyğun deyil. ABŞ Müdafiə Nazirliyi isə yalnız bu şərti qəbul edən AI şirkətləri ilə işləyəcəyini açıqlayıb.
Tərəflər arasında razılaşma alınmasa, Müdafiə Nazirliyinin Anthropic-i bəzi sistemlərdən çıxara biləcəyi bildirilir.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



