Anthropic AI təhlükəsizliyi və qabaqcıl tədqiqatlar üzrə yeni “Anthropic Fellows Program” adlı 4 aylıq intensiv inkişaf proqramına start verib.

Proqramın məqsədi həm təcrübəli tədqiqatçıları, həm də bu sahəyə yeni daxil olan texniki mütəxəssisləri real layihələr üzərində işlədərək AI ekosisteminə inteqrasiya etməkdir. İştirakçılar proqram müddətində AI sistemlərinin təhlükəsizliyi, model davranışlarının qiymətləndirilməsi və böyük dil modellərinin optimallaşdırılması kimi sahələrdə birbaşa Claude komandaları ilə əməkdaşlıq edəcəklər. Şirkət bildirir ki, proqram daha çox praktiki təcrübəyə əsaslanır və iştirakçılar real tədqiqat problemləri üzərində işləyirlər.

Maraqlı məqam odur ki, proqram üçün PhD dərəcəsi və ya əvvəlki geniş AI təcrübəsi tələb olunmur. Əsas şərtlər kimi Python biliyi, güclü texniki bacarıqlar və tam zamanlı iştirak göstərilir. Bu yanaşma daha geniş kadr bazasını AI sahəsinə cəlb etməyi hədəfləyir.

Maliyyə baxımından iştirakçılara həftəlik təxminən 3,850 dollar məvacib, əlavə olaraq isə böyük hesablama resurslarına çıxış imkanı verilir. Aylıq hesablama gücünün təxminən 15 min dollara qədər qiymətləndirildiyi bildirilir.

Posted 
May 19, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All