Anthropic Google və Broadcom ilə indiyədək ən böyük hesablama gücü müqaviləsi bağladı.
Anthropic 2027-ci ildən etibarən Google-un yeni nəsil TPU hesablama gücündən Broadcom vasitəsilə təxminən 3,5 giqavat həcmində istifadə etmək üçün razılaşma əldə edib. Bu, şirkətin indiyədək ən böyük hesablama gücü müqaviləsi sayılır Şirkət eyni zamanda açıqlayıb ki, illik gəlir tempi artıq 30 milyard dolları keçib. Bu göstərici 2025-ci ilin sonundakı təxminən 9 milyard dollarlıq səviyyə ilə müqayisədə üç dəfədən çox artım deməkdir.
Razılaşmaya əsasən, Broadcom Google-un TPU çipləri ilə Anthropic-in AI təlim və işləmə prosesləri arasında əsas texnoloji körpü rolunu oynayacaq. Yeni hesablama gücünün böyük hissəsi ABŞ-də yerləşəcək.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



