Steve Jobs-un əmanətini zirvəyə daşıyan adam CEO vəzifəsindən ayrılır.
Apple rəsmi olaraq açıqladı ki, CEO Tim Cook vəzifəsindən ayrılacaq. Onun yerinə 1 sentyabr 2026-cı ildən etibarən şirkətin Hardware Engineering üzrə baş vitse-prezidenti John Ternus CEO olacaq.
Tim Cook-un rəhbərliyi dövründə Apple-ın bazar dəyəri təxminən 364 milyard dollardan 4 trilyon dollardan çox səviyyəyə yüksəlib. Xəbərin ardından Apple səhmləri (AAPL) qısa müddətli eniş göstərib.
“Bu bir vidalaşma deyil, sadəcə keçid anıdır. Bu fürsətdə sizə təşəkkür etmək istədim — şirkət adından yox, şəxsi olaraq. Kənddə böyüyən biri kimi dünyanın ən böyük şirkətinə rəhbərlik etmək mənim üçün xüsusi bir yol oldu. Mənə göstərdiyiniz güvənə, dəstəyə və hər an yanımda olduğunuza görə təşəkkür edirəm. Ən çox da, bu şirkəti idarə etməyimə inandığınız üçün minnətdaram”, - Tim Cook açıqlamasında bunun vidalaşma olmadığını vurğulayıb və istifadəçilərə göstərdikləri dəstəyə görə təşəkkür edib.



