Bloomberg-dən verilən məlumata görə, Apple öz süni intellektlə işləyən çatbotunu qurur. Ajax adlanan böyük dil modeli (LLM) ilə təmin ediləcək çatbotu bəzi mühəndislər "Apple GPT" olaraq adlandırıb. Şirkətin hazırda texnologiyanı ictimaiyyətə təqdim etmək planının olmadığı bildirilib.

Why has Apple avoided using the word 'artificial intelligence' at its WWDC  23? - Gearrice


Anonim mənbələr son aylarda Apple-ın süni intellekt sahəsində böyük səy göstərdiyini qeyd edib. Apple-ın əsas süni intellekt məhsulu Siri son illərdə heç bir əhəmiyyətli yenilik etməyib. Şirkət həmçinin Siri-ni təkmilləşdirmək üçün yeni funksiyalar təqdim edib. Mobil cihazlarda avtomatik korreksiyaya malik versiyanın bu ilin sonunda buraxılması planlaşdırılır.

Apple-ın CEO-su Tim Cook may ayında verdiyi açıqlamada süni intellekt texnologiyasının böyük potensiala malik olmasına baxmayaraq, hələ də aradan qaldırılmalı olan bəzi problemlərin olduğunu bildirib.

Posted 
Jul 20, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All