Apple 549 dollarlıq AirPods Max 2-ni təqdim etdi.

Apple yeni AirPods Max 2 modelini təqdim edib. Qulaqlıq H2 çipi ilə işləyir və ilk dəfə adaptiv səs, danışıq fərqindəliyi, səs izolyasiyası və canlı tərcümə funksiyaları ilə gəlir. Şirkətin açıqlamasına görə, yeni modeldə aktiv səsboğma sistemi (ANC) əvvəlki nəsillə müqayisədə 1,5 dəfə daha effektiv işləyir.

AirPods Max 2-nin qiyməti 549 dollar olacaq. Model 25 martdan öncədən sifarişə açılacaq, satış isə aprelin əvvəlində başlayacaq.

Posted 
Mar 17, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All