Apple yeni Creator Studio paketini təqdim edib. Bu paket video montajı, musiqi istehsalı, vizual dizayn və yaradıcı məhsuldarlıq üçün nəzərdə tutulmuş güclü tətbiqləri birləşdirir.
Abunə aylıq 12,99 dollar və ya illik 129 dollar qiymətindədir. Paketə Final Cut Pro, Logic Pro, Pixelmator Pro, Motion, Compressor, MainStage, Keynote, Pages və Numbers daxildir.
Final Cut Pro - video istehsalı
Peşəkar video montaj proqramı Final Cut Pro inkişaf etmiş rəng korreksiyası, səs emalı və 360 dərəcə video kimi funksiyalar təqdim edir.
Logic Pro- musiqi
Musiqi mütəxəssisləri üçün nəzərdə tutulmuş Logic Pro bəstələmə, səs yazma, miks və mastering imkanları yaradır.
Pixelmator Pro- qrafika və vizual dizayn
Apple tərəfindən bu yaxınlarda alınan Pixelmator Pro süni intellekt dəstəkli, lay (layer) əsaslı vizual redaktə tətbiqidir.
Keynote- təqdimatlar
Apple-ın ən köklü yaradıcılıq tətbiqlərindən biri olan Keynote sinematik keçidlər və animasiyalarla təqdimat hazırlamağa imkan verir.
Pages - mətn və sənədlər
Microsoft Word-un alternativi olan Pages hazır şablonlarla sənəd yaratmaq və redaktə etmək imkanı verir.
Numbers - məlumat və cədvəllər
Sərbəst kətan məntiqi ilə işləyən Numbers məlumatları cədvəlləşdirmək və vizuallaşdırmaq üçün istifadə olunur.
Freeform - rəqəmsal lövhə
Son illərdə təqdim olunan Freeform sonsuz rəqəmsal lövhə ilə beyin fırtınası və planlama üçün birgə iş mühiti yaradır.
Motion - effekt
Final Cut Pro ilə inteqrasiya olunan Motion xüsusi effektlər, hərəkətli qrafiklər və oxşar animasiyalar hazırlamağı mümkün edir.
Compressor - kodlaşdırma (export)
Final Cut Pro və Motion ilə inteqrasiya olunan Compressor layihələri ixrac edərkən xüsusi parametrlər təyin etməyə imkan verir.
Motion - canlı musiqi
Logic Pro-nun səs mühərriki və plaginlərini səhnədə istifadə etməyə imkan verən Motion virtual alətlər təqdim edir.
Apple-ın məqsədi yaradıcı istifadəçiləri ekosistemində saxlamaq və Adobe kimi abunə əsaslı modellə rəqabət aparmaqdır.



