Apple bu satınalma ilə səs texnologiyalarını genişləndirəcək.
Apple səs yönümlü süni intellekt texnologiyaları üzərində çalışan İsrail mərkəzli Q.ai şirkətini 2 milyard dollar qarşılığında əldə edib. 2022-ci ildə Aviad Maizels, Avi Barliya və Yonatan Wexler tərəfindən qurulan Q.ai istifadəçi səsini analiz edərək jest və mimikaları, eləcə də emosional vəziyyət və ürək döyüntüsü kimi göstəriciləri müəyyənləşdirə bilir.
Q.ai texnologiyaları Siri başda olmaqla Apple-ın səs əsaslı sistemlərinə inteqrasiya ediləcək, həmçinin şirkətin süni intellekt və maşın öyrənməsi imkanlarını gücləndirəcək. Eyni zamanda, bu texnologiyaların Apple-ın bu il təqdim etməsi gözlənilən yeni geyilə bilən süni intellekt cihazlarında da istifadə olunacağı bildirilir.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



