Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Duracell batareya şəklində “powerbank” istehsal edib

Duracell öz batareyalarına bənzəyən powerbank modelləri istehsal etdiyini açıqlayıb. Şirkətin saytında powerbankın satışına start verilib. “M150” və “M250” adlı yeni modellər brendin saytında 299 dollara satışa çıxarılıb. M150 model powerbankın çəkisi 816 qram, tutumu isə 25 min milliamper/saat təşkil edir. M250 model powerbank isə 60 min mAh tutuma malikdir.

Apple geyilə bilən cihazlarını sağlamlıq cihazlarına çevirəcək

Apple Watch 10 hipertansiyon ve uyku apnesi özelliğiyle gelebilir

Apple bədəndə qlükoza konsentrasiyasını təyin etmək üçün yeni silikon fotonik çipdən istifadə edəcək. Qlükoza monitorinq sistemi qan təzyiqi sisteminə bənzər şəkildə dizayn edildiyi üçün, o, insanın qan şəkərinin necə olduğunu izləyəcək. Beləliklə, faktiki qan şəkəri dəyərini təmin etməkdənsə, istifadəçiləri diabetdən əvvəl xəbərdar edəcək. Analitik Mark Qurman bildirib ki, bu texnologiyanın bir neçə il ərzində Apple cihazlarında olma ehtimalı azdır.

Instagram Reels üçün yeni funksiya əlavə olunub

Song lyrics on Instagram Reels (Sour - Instagram) - Instagram now rolling out option to add song lyrics to your Reels

Hekayələr infrastrukturunda olduğu kimi, Reels üçün Instagram tətbiqinə "avtomatik" mahnı sözü əlavə etmə sistemi təqdim edilib. Instagram rəhbəri Adam Mosseri bildirib:

"Reels-də daha yaradıcı olmağınız üçün daha çox funksiya üzərində işləyirik. Bizi izləməyə davam edin".

Apple son rübdə yenidən böyük gəlir əldə edib

Apple becomes first public company to be valued at $3trn | Business News |  Sky News

Apple son rübün nəticələrini açıqlayıb. Şirkət əvvəlki rübdə 81,8 milyard dollar gəlir və 19,9 milyard dollar xalis mənfəət əldə edib. Dünən axşam detalları verilən son rübdə şirkət 89,5 milyard dollar gəlirlə 23 milyard dollar xalis mənfəət əldə etdiyini açıqlayıb.

NASA dünyanın ilk kosmik təyyarəsini sınaqdan keçirəcək

Dream Chaser: Sierra Space's design for spaceflight | Space

NASA Sierra Space tərəfindən inşa edilən ilk kosmos təyyarəsi olan Dream Chaser-i öz laboratoriyasında sınaqdan keçirəcək. Bununla belə, NASA təyyarənin Yerin isti atmosferinə daxil olduqdan sonra sağ qala biləcəyinə əmin olmaq istəyir. Qeyd edək ki, Dream Chaser dünyanın ilk kosmik təyyarəsi tituluna sahibdir.

Posted 
Nov 3, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All