Apple WWDC 2026 tədbirinin 8–12 iyun tarixlərində keçiriləcəyini rəsmi şəkildə təsdiqləyib.

Tədbirin əsas təqdimatı olan açılış keynote çıxışı 8 iyun saat 10:00 PT-da baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da canlı yayımlanacaq.

WWDC çərçivəsində Apple-ın iOS, iPadOS, macOS, watchOS və visionOS daxil olmaqla bütün əsas platformaları üzrə yeniliklərin təqdim olunacağı gözlənilir. Şirkətin bu il xüsusilə AI funksiyalarını və ekosistem inteqrasiyalarını ön plana çıxaracağı ehtimal edilir.

Eyni gün keçiriləcək “Platforms State of the Union” sessiyasında isə developerlər üçün texniki yeniliklər, yeni API-lər və platformaların gələcək inkişaf istiqamətləri haqqında daha detallı məlumat veriləcək. Tədbirin əsas hissələri əvvəlki illərdə olduğu kimi həm onlayn yayımlanacaq, həm də seçilmiş developerlər üçün fiziki iştirak formatında təşkil olunacaq.

Sənaye daxilində yayılan iddialara görə, WWDC 2026 Tim Cook üçün CEO kimi son developer konfransı ola bilər. Apple bu barədə rəsmi açıqlama verməsə də, şirkətdə gələcək rəhbərlik strukturu ilə bağlı müzakirələr son aylarda daha da intensivləşib.

Posted 
May 20, 2026
 in 
Event
 category

Daha çox

Event

 kateqoriyasından

View All