Ş

irkətin CEO-su Tim Cookun çıxışı ilə başlayan təqdimat mərasimi, Covid-19 səbəbi ilə onlayn həyata keçirildi. İlk olaraq “Apple podcast’’ təqdim edildi. Önümüzdəki aydan etibarən 170 ölkədə istifadəyə veriləcəyi və istifadəçilərinə reklamsız xidmət göstərəcəyi bildirildi. Marka, bu xidməti ilə Spotify və digər musiqi tətbiqetmələri ilə rəqabət aparmağa davam edir.

iPhone 12 və iPhone 12 Mini

Təqdimat mərasimindəki digər bir başlıq isə iPhone 12iPhone 12 Mini modellərinə bənövşəyi rəngin də əlavə edilməsi idi. 23 Apreldən ön sifarişlərin qəbul ediləcəyi bildirilən bənövşəyi iPhoneların satışı isə 30 Apreldən etibarən bütün “Apple Store”larda başlayacaq.

Apple TV

Apple TV 4K və Apple TV uzaqdan idarəetmə aparatının da yeniləndiyi və yeni prosessoru ilə daha axıcı və daha rəngli bir görüntü vəd ettiyi bildirildi. 32 GB yaddaşa sahib Apple TV 179 dollara, 64 GB versiyası isə 199 dollara satışa çıxarılacaq.

iMac

Mərasimin bir başqa sürprizi də daha incə dizaynlı yeni iMac-lər oldu. Apple-in M1 prosessoruna sahib olan komputerlər 24 düyümlük ekrana, 1080p FaceTime HD kameraya və 6 dinamikli səs sistemlərinə malikdirlər. Qırmızı, bənövşəyi, mavi, narıncı, sarı, yaşıl və gümüşü olmaqla 7 fərqli rəng seçimi mövcuddur. Markanın dediyinə görə isə indiyə kimi ən yaxşı kameraya sahib olan iMac-lərdir. Bir yenilik isə son zamanların məşhur proqramı Zoom-un Keynote-a əlavə edilməsidir.

iPad Pro

"Bazarın ən güclü planşeti" kimi təqdim olunan yeni iPad Pro-ların M1 prosessorlarına sahib olduğu və bir öncəki modeldən 50% daha sürətli olduğu açıqlandı. 5G dəstəyi və daha yüksək görüntüyə sahib monitorlara qoşulma imkanı verən USB-C konnektoru da mövcuddur. 799 və 1099 dollara satılacaq cihazlar 6K görüntü imkanına da sahibdir.

Airtag

Hər kəsin həvəslə gözlədiyi, dəyərli əşyaların izlənməsini təmin edən Airtag-ların 1 ədədi 29 dollardan, 4-lü paket şəklində isə 99 dollardan satışa çıxarılacağı bildirildi. Bütün əşyaları anlıq olaraq izləmənizi təmin edən və səsli bildirişə malik yeni məhsul, 30 Apreldən etibarən satışa çıxaca





Posted 
Apr 21, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All