"

AnTuTu” aprel ayının ən sürətli 10 Android telefonunu açıqlayıb. Gəlin, görək keçən ay hansı telefon güclü performansla onluqda yer alıb.
Həmişə olduğu kimi “Qualcomm” aprel ayında “AnTuTu”nun ən sürətli Android telefonlarının siyahısını yayımlayıb. Rəqibi “MediaTek”i böyük fərqlə geridə qoyan istehsalçı siyahıdakı 9 yeri öz adına yazdıra bilib. Aprel ayının çempionu isə “Qualcomm Snapdragon 8 Gen 2” ilə təchiz edilmiş “OPPO Find X6 Pro” olub. Ümumilikdə, 1.331.997 xal toplayan “Oppo” smartfonunu növbəti pillədə 1.311.123 xalla “Red Magic 8 Pro+” smartfonu izləyib.

Oppo's Find X6 Pro packs a 1-inch sensor and a periscopic camera | Engadget

Üçüncü yerdə 1.302.402 xalla “OnePlus 11”, 4-cü yerdə isə 1.296.495 xalla “Vivo X90 Pro+” qərarlaşıb. Siyahının 5-ci pilləsində yenidən “OPPO Find X6” ilə üzləşirik. Qeyd edək ki, siyahıda yalnız Çin bazarındakı modellər yer alıb. Qlobal bazar üçün olan statistika çox yaxında açıqlanacaq.

Aprel ayının ən sürətli 10 Android smartfonu:

1.    OPPO Find X6 Pro – 1.331.997 bal;
2.    Red Magic 8 Pro+ – 1.311.123 bal;
3.    OnePlus 11 – 1.302.402 bal;
4.    Vivo X90 Pro+ – 1.296.495 bal;
5.    OPPO Find X6 – 1.296.49 bal;
6.    iQOO 11 Pro – 1.293.875 bal;
7.    iQOO 11 – 1.284.246 bal;
8.    Redmi K60 Pro – 1.280.353 bal;
9.    Nubia Z50 Ultra – 1.273.208 bal;
10.  Xiaomi 13 – 1.271.355 bal.

Posted 
May 7, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All