C

annes Lions 2026-dan etibarən artıq “İlin Yaradıcı Şirkəti (Creative Company of the Year)” mükafatı təqdim edilməyəcək. Bəs niyə?

Festival bu qərarı sənayedə son illərdə baş verən böyük struktur dəyişiklikləri və iri şirkət birləşmələri ilə əlaqələndirib. Xüsusilə, Omnicom-un 2025-ci ildə Interpublic Group-u satın alması sonrası mövcud qiymətləndirmə sisteminin əvvəlki kimi obyektiv müqayisə yaratmadığı düşünülür.

Cannes Lions nümayəndəsinin sözlərinə görə, “İlin Yaradıcı Şirkəti” artıq şirkətləri stabil və müqayisə edilə bilən “benchmark” üzərindən qiymətləndirməyə imkan vermir. 2025-ci ildə “İlin Yaradıcı Şirkəti” WPP seçilmişdi. İkinci yerdə Omnicom, üçüncü yerdə isə Interpublic qərarlaşmışdı. WPP eyni mükafatı 2024-cü ildə də qazanmışdı, 2023-cü ildə isə qalib Omnicom olmuşdu.

Qeyd edək ki, mükafat ilk dəfə 2011-ci ildə “İlin Holdinq Şirkəti (Holding Company of the Year)” adı ilə təqdim edilmiş, 2022-ci ildə isə adı “İlin Yaradıcı Şirkəti” olaraq dəyişdirilmişdi. Qiymətləndirmə zamanı şirkətlər qazandıqları mükafatlara görə müvafiq xalları toplayırdı.

Cannes Lions bununla yanaşı “İlin Şəbəkəsi (Network of the Year)” sistemi üzərində də dəyişikliklər etdiyini açıqlayıb. Yeni qaydalara əsasən, şortlistlərdən gələn xal sayı limitlənəcək və əsas fokus daha çox qazanan işlərin keyfiyyətinə veriləcək. Qran-pri, qızıl, gümüş və bürünc kimi mükafatların çəkisi isə artırılacaq.

Festival nümayəndələri bildirir ki, məqsəd “say çoxluğu” yox, daha keyfiyyətli işləri ön plana çıxarmaqdır. 

Bu dəyişikliklər son illərdə festivallarda yaranan bəzi mübahisələrdən sonra daha çox diqqət çəkir. Xüsusilə, 2025-ci ildə DDB ətrafında yaranan süni intellekt manipulyasiyası qalmaqalı sənayedə geniş müzakirə olunmuşdu. DDB daha sonra qaydaların pozulması səbəbilə üç layihəsini, o cümlədən Qran-pri qazanan “Efficient Way to Pay” işini festivaldan geri çəkməli olmuşdu.

Cannes Lions bildirib ki, yeni qiymətləndirmə metodologiyası əvvəlki illərin nəticələri üzərində test edilib və Mediasense kimi xarici audit tərəfdaşları ilə birlikdə hazırlanıb.

Bu dəyişikliklər göstərir ki, festival artıq daha çox “nə qədər iş göndərildi?” sualından uzaqlaşıb “həqiqətən, hansı iş fərq yaratdı?” sualına fokuslanmağa çalışır.

Mənbə: Campaign

Posted 
May 23, 2026
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All