Avropa İttifaqı (Aİ) internet şəbəkəsini yenidən formalaşdırır. Rusiya ilə Ukrayna arasında müharibədən sonra Rusiyadan keçən xətlərdən asılılığı azaltmaq istəyir. Yeni ortaya çıxan məlumatlara görə, Aİ Qara dənizdən keçəcək sualtı internet kabeli çəkməyi planlaşdırır. Avropa İttifaqına çatan internet kabelləri hazırda Rusiyadan keçir. Komissiya yeni layihə ilə sualtı kabelə strateji həll yolu kimi baxır. 1100 kilometr uzunluğunda olacaq sualtı internet layihəsinin 45 milyon avroya başa gələcəyi ehtimal olunur. Bu, həmçinin Aİ ilə Qafqaz arasında əlaqələri gücləndirəcək.

Avropa İttifaqı Ermənistana 400 müşahidəçi göndərəcək

2021-ci ildə imzalanan sazişdə Gürcüstanın rəqəmsal infrastrukturunun təkmilləşdirilməsi qərara alınıb. Avropa Komissiyasına təqdim edilən sualtı kabellər həssas yollardan keçəcək və Rusiyanı internet şəbəkəsindən uzaqlaşdıracaq. Bununla da Aİ ölkələri üçün daha çox təhlükəsizlik və sabitlik təmin olunacaq. Bu gün Avropada istifadə edilən “Dream Cable” 8700 kilometrə qədər uzunluğa malikdir. Almaniya, Avstriya, Slovakiya, Ukrayna, Qazaxıstan və Çini birləşdirmək üçün Rusiyadan keçir. Yeni internet şəbəkəsinin Qafqaz regionunda enerjiyə təhlükəsiz çıxışını təmin edəcəyi gözlənilir.

Posted 
May 13, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All