Bakı avtobuslarında NFC ilə ödənişə start verilir.
Bakı şəhərində avtobus marşrutlarında NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də Apple Pay və Google Pay ilə nağdsız ödəniş mexanizminin tətbiqinə başlanılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, pilot mərhələ ilk olaraq 500 nömrəli marşrutda (20 Yanvar metrosu – Sumqayıt) həyata keçirilir.
Sınaq nəticələri qiymətləndirildikdən sonra sistemin Bakıdakı bütün marşrut avtobuslarını əhatə etməsi planlaşdırılır.
Daha çox
Breaking News
kateqoriyasından
View All



