A

rtıq təbiət qoydundaykən hamak rahatlığını yaşamaq istəyənlər üçün yaradıcı həll yolları var. Bunlara misal olaraq ayaq üstə duran, çadır formasına gələn, yuxu tulumu olan hamaklar, isti su hamakı, idman hamakı və bir çox başqa hamak növlərini göstərmək olar. Bugün avtomobil arxasında yerləşən Hammock Hitch haqqında məlumat verəcəyik.

Rincon Outdoor-un Avtomobil Hamakı

Rincon Outdoor tərəfindən dizayn edilən Hammock Hitch, bu yaxınlarda Kickstarter-da uğurla maliyyələşdirilmişdir. 5 hissədən ibarət olan hamak, ayaqda duran polad borular da daxil olmaqla tamamilə əl istehsalıdır. Bundan əlavə, bu borularda şüşə açacağı, yağış yağanda ya da ehtiyac olanda əşyaların asılması üçün istifadə olunan qarmaqlar kimi maraqlı xüsusiyyətlər də var. Rincon Outdoor-un qurucularının hərbi mənşəli olmaları, velosiped sürmək, dırmaşmaq və qaçmaq kimi açıq idman növləri ilə maraqlandıqları və tez-tez kampa getdikləri üçün burada nələrə ehtiyac ola biləcəyini çox yaxşı bilirlər.

Hammock Hitch, 2 inçlik buffer hitch alıcısı olan avtomobillərdə istifadə edilə bilər. 136 kq-a qədər ağırlıq daşıma qabiliyyəti olan hamakın çəkisi 14,5 kq-dır.

Rincon Outdoor-un Avtomobil Hamakı
Posted 
Dec 14, 2020
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All