Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Kapital Bank süni intellektin ən yaxşı istifadəsi kateqoriyasında yer tutub

Kapital Bank Rəqəmsal Transformasiyada süni intellektin ən yaxşı istifadəsi kateqoriyasında yer alıb. Qeyd edək ki, bu, Global Finance-ın mütəmadi olaraq yeni yollar müəyyən edən və maliyyə sahəsində yeni alətlər hazırlayan qurumlar üçün 11-ci mükafat proqramıdır. The Innovators 2024 haqqında tam hesabat Global Finance-in iyun çap və rəqəmsal nəşrlərində, həmçinin GFMag.com saytında dərc olunacaq. İyun buraxılışında ən innovativ banklar, fintexlər və ən yaxşı qlobal maliyyə innovasiyaları da yer alacaq.

Apple bu həftə 2 yeni simsiz qulaqlıq təqdim edəcək

Apple-ın Beats markası altında 2 yeni simsiz qulaqlıq təqdim edəcəyi məlum olub. İddialara görə, aprelin 30-da bu qulaqlıqlar nümayiş olunacaq. Android Headlines tərəfindən yayımlanan eksklüziv xəbərə görə, Beats Solo 4 əvvəlki modellə müqayisədə daha inkişaf etmiş xüsusiyyətlərə sahib olacaq. Bu simsiz qulaqlıqda məkan səsi və dinamik baş izləmə kimi xüsusiyyətlər olacaq. Bundan əlavə, bu qulaqlıqlar 50 saata qədər batareya ömrü təqdim edəcək. Bu simsiz qulaqlığın qiyməti 199 dollar olacaq. İstehlakçılar Beats Solo 4-ü üç fərqli rəng variantında ala biləcəklər: qara, mavi və çəhrayı.

Apple istifadəçilərinin hesablarına qadağa qoyulub

Apple istifadəçilərinin hesablarının müəmmalı şəkildə çökməsi geniş müzakirə və narahatlığa səbəb olub. Keçən həftə sonu bir çox istifadəçi Apple ID-lərindən avtomatik olaraq çıxdıqlarını və girişin bloklandığını qeyd ediblər. Bəzi istifadəçilər isə düzgün məlumatları daxil etmələrinə və parollarını sıfırlamalı olmasına baxmayaraq hesablarına daxil ola bilməyiblər. Qeyd edək ki, şirkət tərəfindən məsələ ilə bağlı hələlik rəsmi bir açıqlama verilməyib.

Azərbaycan fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb

Dövlət Neft Fondu - Azerbaijan.az

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünya nəhəngi olan “Tesla”“İntel” şirkətlərinin səhmlərinə investisiya yatırıb. ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur.

Məlumata görə, Dövlət Neft Fondu öz yatırımlarını İnvestisiya Siyasəti və Qaydalarına uyğun şəkildə həyata keçirir və mövcud İnvestisiya Siyasətinə əsasən ARDNF investisiya portfelinin məcmu dəyərinin 25 faizinədək hissəsini səhm alt portfelinə (pay fondları daxil olmaqla) yatırım edə bilər. Həmçinin bildirilib ki, ARDNF birjada kotirovka olunan səhmlərə investisiya çərçivəsində bazar kapitalizasiyasına görə dünyanın inkişaf etmiş ölkələrinin ən iri şirkətləri özündə ehtiva edən “MSCI World” indeksini izləyir və bu kontekstdə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir.

Qeyd edilib ki, ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur. “Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən “Tesla” və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək”, - deyə Fondun cavabında bildirilib.

Getir Avropa və ABŞ bazarından çıxır

Getir to exit Europe markets | LinkedIn

Getir şirkəti Böyük Britaniya, Almaniya, Hollandiya və ABŞ-ni tərk etmək qərarına gəldiyini açıqlayıb. Getir-in xaricdə öz adı ilə fəaliyyəti sona çatsa da, şirkətin ABŞ-dəki törəmə şirkəti FreshDirect fəaliyyətini davam etdirəcək. Qeyd olunub ki, şirkət gəlirinin yalnız 7%-i xaricdən gəlirmiş. Bu səbəbdən şirkət uzunmüddətli böyümə üçün ən böyük potensial kimi gördüyü Türkiyə bazarına yenidən fokuslanacaq.

Posted 
Apr 29, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All