Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın regional süni zəka qovşağı və IT mərkəzi olmağı hədəflədiyini bildirib.

Dövlət başçısı bu məqsədə çatmaq üçün ölkənin kifayət qədər potensiala malik olduğunu vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycan tərəfdaşlarla birlikdə məlumat mərkəzlərinin yaradılması üzərində çalışır, eyni zamanda kibertəhlükəsizlik mərkəzinin qurulması və mütəxəssislərin hazırlanması istiqamətində layihələr həyata keçirilir. Bu çərçivədə yerli kadrlar həm xaricdə, həm də ölkə daxilində təlimlərə cəlb olunur.
İlham Əliyev əlavə edib ki, ABŞ şirkətləri bu istiqamətdə Azərbaycanın əsas tərəfdaşları sırasında yer alır və məqsəd ölkəni süni zəka və IT sahəsində regional “hub”a çevirməkdir.

Posted 
Jan 6, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All