SOCAR Serbiyada 500 MVtlıq elektrik stansiyası tikəcək.

Bu barədə qərar Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı, həmkarı Aleksandr Vuçiçlə görüşdə qəbul edilib. Layihənin 2029-cu ilə qədər tamamlanması və stansiyanın 500 meqavat gücündə olması nəzərdə tutulur.

Vuçiç qeyd edib ki, bu çərçivədə Serbiyanın qaz şirkəti ilə SOCAR arasında əməkdaşlıq sazişi imzalanıb və sənədləşmə işlərinin qısa müddətdə yekunlaşdırılması hədəflənir. Stansiyanın Niş şəhəri ətrafında – Tripale, Kruşti və ya Nişka Banya ərazilərindən birində tikilməsi planlaşdırılır. Prezidentin sözlərinə görə, ən uyğun məkan kimi Kruşti qiymətləndirilir. Layihə Avropa İttifaqı tərəfindən də “təmiz enerji” təşəbbüsü kimi qəbul olunur.

Posted 
Feb 16, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All