Azərbaycan və Palantir şirkəti arasında texnologiya tərəfdaşlığı müzakirə edilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfəri çərçivəsində Palantir Technologies şirkətinin nümayəndələri ilə görüş keçirildiyini bildirib. Görüş zamanı Azərbaycanla Palantir arasında milli məlumat inteqrasiyası, süni intellekt idarəçiliyi, kibertəhlükəsizlik və kritik infrastrukturun monitorinqi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Tərəflər həmçinin yerli mütəxəssislərin inkişafı, bilik transferi və Palantir platformalarının Afrikada tətbiqi üçün Azərbaycanın potensial rolu barədə fikir mübadiləsi aparıblar
Daha çox
Texnologiya
kateqoriyasından
View All



