Azərbaycanda virtual aktivlər və kripto bazarını tənzimləyən qanun gələ bilər.

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna qədər virtual aktivlər və kripto bazarlarını tənzimləyən qanunun qəbul olunmasını gözləyir. Qanun layihəsi artıq hazır vəziyyətə gətirilərək aidiyyəti qurumlara təqdim edilib və təsdiq prosesi davam edir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi deyib.

AMB rəsmisi bildirib ki, kripto və virtual aktivlər sahəsi həm dünya, həm də Azərbaycan üçün yeni istiqamətdir və indiyədək tam tənzimlənməyib. Məqsəd bu bazarın hüquqi çərçivəsini formalaşdırmaq və riskləri idarə olunan şəkildə inkişaf etdirməkdir.

Eyni zamanda AMB-nin “Sandbox” (sınaq mühiti) rejimi çərçivəsində indiyə qədər 35-dən çox innovativ maliyyə məhsulu və ideya üzrə müraciət daxil olub. Bu model yeni texnologiyaların məhdud şəkildə sınaqdan keçirilməsinə imkan yaradır.

Posted 
Jun 29, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All