A

zərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan Efendiler Group Geely Holding Group-a məxsus olan RADAR Auto şirkəti ilə distribütorluq müqaviləsi imzalayıb.

RADAR Auto şirkəti dünyada yeganə tam elektrikli, pikap gövdəli avtomobil istehsalçısıdır. RD6 modeli, ən son texnoloji üstünlüklər ilə təchiz olunub. İstənilən hava və yol şəraitində özünü doğruldan bu model 86 kWh batareya ilə təchiz olunub.

Bu da tam şarj ilə 550 km məsafə qət etmək imkanı verir. Bu modelin uzunluğu 5260 santimetr, eni 1900 santimetr və hündürlüyü isə 1865 santimetrdir. Yükdaşıma hissəsi 1200 litr həcmindədir.

58500 AZN-dən başlayan qiymətlərlə RD6 modelinin yaxın zamanda Azərbaycanda satışlarına start veriləcək. Avtomobil bazarında pikap gövdəli modellərin qiymətlərini nəzərə alsaq, tam elektrikli və qənaətcil RD6 modelinin əlçatan qiyməti pikap sevənlər üçün sevindirici bir haldır.

Bundan əlavə RADAR Auto gələcəkdə də öz yeni model sıralaması ilə Azərbaycan avtomobil bazarında da yeniliklərə imza atacaq.

Mənbə: Qafqazinfo.az
Posted 
Sep 4, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All