Azərbaycanda influenserlər üçün yeni fəaliyyət kodu yaradılıb.

Dövlət Vergi Xidməti sosial media və rəqəmsal platformalar üzərindən gəlir əldə edən şəxslər üçün "Rəqəmsal platforma təsirçisi" adlı yeni iqtisadi fəaliyyət kodu (6312003) yaradıb. Yeni fəaliyyət növü rəsmi iqtisadi fəaliyyət təsnifatına daxil edilib və rəqəmsal kontent istehsalı sahəsində çalışan şəxslərin fəaliyyətinin ayrıca uçotunun aparılmasına imkan yaradır.

Yeni kod əsasən influenserlər, bloqerlər, video və digər rəqəmsal məzmun istehsalçıları, həmçinin sosial şəbəkələr və rəqəmsal platformalarda reklam, sponsorlu əməkdaşlıqlar, tərəfdaşlıq proqramları və digər kommersiya fəaliyyətlərindən gəlir əldə edən şəxslər üçün nəzərdə tutulub. Bununla onların fəaliyyəti daha dəqiq təsnif ediləcək və rəsmi qeydiyyat prosesi sadələşdiriləcək.

Dövlət Vergi Xidməti bildirir ki, yeni fəaliyyət kodunun yaradılması rəqəmsal iqtisadiyyatın inkişafı fonunda bu sahədə çalışan şəxslərin fəaliyyətinin daha şəffaf uçotunun aparılmasına xidmət edir. Bu yanaşma həm vergi inzibatçılığının təkmilləşdirilməsinə, həm də rəqəmsal platformalarda fəaliyyət göstərən şəxslərin hüquqi statusunun daha aydın müəyyənləşdirilməsinə imkan verəcək.

Qurum sosial media üzərindən müntəzəm gəlir əldə edən şəxslərə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirməyi və qeydiyyat zamanı "Rəqəmsal platforma təsirçisi" fəaliyyət kodundan istifadə etməyi tövsiyə edib.

Posted 
Jul 17, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All