Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi internet sürətinə minimum limit tətbiqi ilə bağlı təkliflər hazırlayıb və aidiyyəti qurumlara təqdim edib.

Təkliflər təsdiqlənərsə, provayderlər minimum sürətdən aşağı xidmət göstərə bilməyəcək. Bunu Agentliyin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.

Qurum eyni zamanda internet xidmətinin keyfiyyət tələblərinin də sərtləşdirilməsini planlaşdırır. Məqsəd daha stabil və keyfiyyətli internet xidmətinin təmin edilməsidir.

Posted 
Feb 25, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All