Azərbaycanda çevik iş vaxtı rejimi tətbiq olunacaq.

Azərbaycanda işçilərin iş saatlarını daha çevik şəkildə planlaşdırmasına imkan verən çevik iş vaxtı rejimi tətbiq olunacaq. Bu istiqamət “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb. Məqsəd əmək bazarında müasir iş modellərinin genişləndirilməsi və işçi–işəgötürən münasibətlərinin daha çevik təşkil edilməsidir.

Yeni model çərçivəsində əməkdaşlar müəyyən edilmiş iş vaxtı normasını qorumaq şərti ilə işə başlama və iş gününü bitirmə saatlarını daha sərbəst müəyyən edə biləcəklər. Çevik iş vaxtı rejiminin tətbiqi qaydaları və əhatə dairəsi hazırlanacaq normativ-hüquqi sənədlərlə tənzimlənəcək.

Tədbirlər Planına əsasən, ilk mərhələdə müxtəlif ölkələrin çevik iş vaxtı təcrübəsi öyrəniləcək, daha sonra bu sahə üzrə hüquqi baza hazırlanacaq və tətbiq mexanizmləri formalaşdırılacaq.

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçiriləcək. Tədbirlər Planının icrası nəticəsində Azərbaycanda çevik iş vaxtı rejiminin tətbiqi təmin ediləcək və əmək münasibətlərinin müasir iş bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində yeni mexanizmlər formalaşdırılacaq.

Posted 
Jul 21, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All