Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır.

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kibertəhlükəsizlik Agentliyi publik hüquqi şəxs kimi yaradılır. Yeni qurum ölkənin kibertəhlükəsizlik sahəsində fəaliyyətini vahid mərkəzdən koordinasiya etmək və rəqəmsal təhlükəsizlik imkanlarını gücləndirmək məqsədi daşıyır.

Agentlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. Qurumun idarə olunması üçün sədr və üç müavindən ibarət İdarə Heyətinin formalaşdırılması nəzərdə tutulur. Yeni strukturun dövlət qurumları, kritik informasiya infrastrukturu subyektləri və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik tədbirlərini daha effektiv həyata keçirməsi planlaşdırılır.

Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması rəqəmsallaşmanın sürətləndiyi dövrdə ölkənin kibermühitinin qorunması, kibertəhdidlərə qarşı dayanıqlılığın artırılması və informasiya təhlükəsizliyi sahəsində institusional imkanların genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Posted 
Jun 2, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All