A

zerçay” “Doğma fermerlər” layihəsini ictimaiyyətə təqdim etdi.

31 saniyəlik qısa versiya markanın YouTube kanalında yayımlandı. Həmçinin 31 dəqiqəlik mini sənədli film isə YouTube-dan əlavə ATV və ARB kanallarında da nümayiş etdirildi.

Həyata keçirilmiş layihə çərçivəsində, Lənkəran və Astara rayonlarında uzun illərdir çayçılıqla məşğul olan fermerlər və Masallı rayonunda “Azerçay”a məxsus çay plantasiyalarında çalışan şirkət əməkdaşları ilə videoçarx hazırlanıb. 100 faiz təbii çayın yetişdirilməsində bilavasitə iştirak edən fermerlər müsahibə verərək təcrübələrini paylaşıblar. 12 oktyabr – Fermerlər Gününə həsr olunmuş “Doğma fermerlər” layihəsinin əsas məqsədi ölkəmizdə qədim ənənələrə malik çayçılığın qorunub saxlanılması və inkişaf etdirilməsində yaxından iştirak edən peşəkarlara təşəkkür bildirərək, onları geniş ictimaiyyətə tanıtmaqdır.

Posted 
Oct 13, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All