Azerconnect Group və NVIDIA strateji tərəfdaşlıq sazişi imzalayıb.
Azerconnect Group və NVIDIA ABŞ-də əməkdaşlıq müqaviləsi imzalayıb; sənəd Emil Məsimov və Jeff Fisher tərəfindən təsdiqlənib.
İlkin mərhələdə ölkədə GeForce NOW xidmətinin təqdim olunması nəzərdə tutulur. Bu, istifadəçilərin güclü cihaz olmadan internet üzərindən oyun oynamasına imkan verən bulud oyun texnologiyasıdır. Əməkdaşlıq həm də süni intellekt əsaslı şəbəkələr, 6G infrastrukturu və AI data mərkəzlərinin yaradılması kimi gələcək texnoloji layihələri əhatə edir.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



