Yeni nəsil vaqonlarda doluluq faizi göstəriləcək.

“Bakı Metropoliteni” QSC sədri Vüsal Aslanov bildirib ki, yeni nəsil vaqonlarda doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb və sistem hazırda test mərhələsindədir. Bu texnologiya sərnişinlərə qatar gəlməzdən əvvəl hansı vaqonun daha boş olduğunu görmək imkanı verəcək.

Məlumata görə, sərnişinlər platformada qatar yaxınlaşarkən 5 vaqonlu qatarın hansı hissəsinin daha az sıx olduğunu əvvəlcədən biləcəklər. Bu, platformalarda sərnişinlərin daha bərabər paylanmasına kömək edəcək.

Eyni zamanda metro məlumatları “AYNA MaaS” proqramında və Google Maps⁠ platformasında da inteqrasiya olunub. İstifadəçilər metro, avtobus və digər nəqliyyat vasitələrini birlikdə planlaya bilirlər.

Posted 
May 12, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All